Cənab, Brayza, mətbuat konfransında Siz dediz ki, danışıqlarda konseptual irəliləyişlər əldə edilib. Nəyi nəzərdə tutursunuz?
Məncə bunu bildirmək ədalətli olardı ki, bu, mənim özümün həmsədrlik elədiyim dönəmdə ən mahiyyəti üzrə dərin fikir mübadiləsi şəraitində keçən müzakirə idi. Əvvəllər də dərin fikir mübadiləsi var idi. Hər dəfə daha çox tərəqqi olur, daha irəliyə gedirlər.
Bu dəfə isə, mən hiss etdim və o biri həmsədrlər də razılaşdılar ki, prezidentlər artıq baza prinsiplərinin mürəkkəb konsepsiyasını yoluna qoymaq üçün gərəkli olan əsas ideyalar üzərində razılaşıblar. Əvvəllər bunu deyə bilməzdim. Yəni, onlar indi bizə imkan yaradıblar, istiqamət göstəriblər, və hətta indi tapşırıq da veriblər ki, xarici işlər nazirləyilə görüşlərdə bu son ideyaları detallaşdırmaq işini tamamlayaq.